Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMOMƏLİ RƏHMONOVA

Hörmətli Emoməli Şəripoviç,

Əlamətdar yubileyiniz – anadan olmağınızın 50 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz Tacikistan xalqına mürəkkəb tarixi bir zamanda başçılıq etdiniz. Çox mühüm siyasi qərarların qəbul olunmasında Sizin möhkəm və qəti mövqe tutmağınız sayəsində indi Tacikistan çətinlikləri uğurla aradan qaldırır, müstəqillik və dünya birliyinə inteqrasiya yolu ilə inamla irəliləyir.

İnanıram ki, Sizin ölçüb-biçilmiş və məqsədyönlü siyasətiniz suveren Tacikistanın hərtərəfli inkişafı və tərəqqisi işinə bundan sonra da xidmət edəcəkdir.

Azərbaycan və Tacikistan xalqlarını sıx dostluq və qarşılıqlı anlaşma telləri bağlayır. Əminəm ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin