İDMAN


“TAC” şirkəti Formula-1 Azərbaycan Qran-Prisinin marşallarını “Aquavita” suları ilə təmin edib

Bakı, 29 iyun, AZƏRTAC

Mineral su istehsalçısı “TAC” MMC Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində yarışın marşallarını yerli “Aquavita” suları ilə təmin etməklə Bakı Marşal Klubuna dəstək göstərib.

AZƏRTAC xəbər verir ki, Formula-1 dünya çempionatının 8-ci mərhələsi olan Bakı yarışı yaya təsadüf etdiyi üçün marşallar yarış həftəsonunda gün ərzində bir neçə saat isti günəşin altında işlərini icra ediblər və bu səbəbdən onlar təmiz suya daha çox ehtiyac duyublar. Mineral duzlar və mikroelementlərdən ibarət unikal tərkibə malik “Aquavita” suları insan orqanizminin sağlamlığını və forumda qalmasını təmin edir.

“Milyonlarla izləyicisinin olduğu irimiqyaslı yarışların Azərbaycanda keçirilməsi ölkəmiz adına böyük uğurdur. Azərbaycanda avtoidman növlərinə maraq ildən-ilə artır. Hər il çoxlu sayda yerli vətəndaş yarışlarda marşal olmaq üçün müraciət edir. Biz hər bir marşala öz dəstəyimizi göstərdiyimiz üçün çox şadıq və Bakıda keçirilmiş idman festivalının bir parçası olduğumuza görə ayrıca qürur hissi duyuruq”, – deyə “TAC” şirkətinin prezidenti Fuad Mehdiyev bildirib.

“Aquavita” suları Azərbaycanın gözəl güşələrindən olan Xaçmaz rayonunun Şuşaqışlaq kəndinin ekoloji cəhətdən təmiz meşəlik ərazisində yerin 420 metr dərinliyindən artezian vasitəsilə çıxarılır. Bu məkan bioloji və kimyəvi çirklənmədən etibarlı şəkildə qorunmuş xüsusi zonadır.

“TAC” şirkəti 20 il əvvəl qurulub. Şirkətin mükəmməl dada və gözəl tərkibə malik məhsullarının istehsalında yüksək keyfiyyətli xam maddələrdən və texnoloji yeniliklərdən istifadə olunur və eyni zamanda bu prosesdə su tərkibinin zənginləşdirilməsinə dair Rusiya, Almaniya, Fransa və Türkiyədən olan təcrübəli mütəxəssislər də yaxından iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.