CƏBHƏ XƏBƏRLƏRİ


TADDEF Ermənistanın təxribatlarına etiraz edib

Bakı, 28 sentyabr, AZƏRTAC

Mərkəzi qərargahı Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) işğalçı Ermənistanın sentyabrın 27-də Azərbaycan torpaqlarına genişmiqyaslı hücumuna kəskin etirazını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsi AZƏRTAC-a bildirib ki, federasiyanın baş katibi Mehmet Qıyas Azeritürk və sədr müavini Seyfettin Ayakyayın imzaları ilə yayılan bəyanatda bildirilir: “Azərbaycan əsilli türklərin yaratdıqları qeyri-hökumət təşkilatları Ermənistanın mənfur hücumlarını lənətlə qınayır, Azərbaycanın yanında olduqlarını bütün dünyaya bəyan edir.

Sizə hansı ümidi, hansı vədi, hansı xəyalı veriblərsə, bilin ki, bunların hamısı boşunadır. Ağlınız hələ də Osmanlı imperiyasının dağıldığı prosesdə qalıb. Oradan qurtulun. Birinci Dünya müharibəsindən sonra şərtlər sizə Azərbaycan torpaqlarında bir dövlət qurdurdu, bununla kifayətlənməyib ikincisini istəyirsiniz, hətta Qərbi Ermənistan deyib üçüncüsünü də xəyal edirsiniz. Unutmayın ki, böyük Türk millətinin də səbri var. Əgər bu səbri daşdırsanız, bilin ki, siz “xəyal” olarsınız”.

TADDEF Ermənistan ictimaiyyətinə xəbərdarlıq edib ki, onları idarə edən faşist mahiyyətli hökumətləri öz xalqının sonunu hazırlayır. “Faşist mahiyyətli hökuməti rədd edin. Biz Qafqazda sülh içində yaşamaq istəyirik. Bu sülhə, lazım gəlsə, savaşaraq nail olacağıq. Unutmayın ki, hər bir fərdimiz o torpaqlara dönmək üçün əlindən gələni etməyə hazırdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.