SİYASƏT
TADF İLK QURULTAYINA HAZIRLAŞIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADF) ilk qurultayına hazırlaşır. Dövlət Komitəsi tədbirin yüksək səviyyədə keçirilməsi üçün Türkiyə Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə fəal iş aparır.
Komitə sədrinin birinci müavini Valeh Hacıyev bu günlərdə Ankarada olmuş, türkiyəli deputatlarla bir sıra görüşlər keçirmişdir. TADF-nin qurultayının hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilmiş, tədbirin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına müsbət təsir göstərəcəyinə inam ifadə olunmuşdur.
Qurultayın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günündə keçirilməsi ilə bağlı Dövlət Komitəsinin təklifi türkiyəli millət vəkilləri tərəfindən razılıqla qarşılanmışdır.