DÜNYA


TƏDRİCƏN SUYA QƏRQ OLAN VENESİYANIN XİLASI LAYİHƏSİ HAZIRLANMIŞDIR

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliyanın bir qrup mühəndisi və hidrogeoloqu tədricən suya qərq olan Venesiyanın xilası planını təklif etmişdir. Plana görə, Venesiya ətrafında 10 kvadratkilometr sahədə qazılmış 700 metr dərinliyində 12 quyudan qumdaşı layına gilli dəniz suyu vurulacaqdır. Yaranmış təzyiq nəticəsində torpaq şişərək şəhəri qaldıracaqdır. Ekspertlərin hesablamalarına görə, bu əməliyyat nəticəsində Venesiya təqribən otuz santimetrə qədər qalxacaqdır. Şəhər son üç əsr ərzində elə bu qədər enmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.