İDMAN
TAEKVONDO ÜZRƏ ÖLKƏ ÇEMPİONATININ AÇILIŞMƏRASİMİ KEÇİRİLMİŞDİR
Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov son illər ölkəmizdə yüksək inkişafın idmanda xüsusilə nəzərə çarpdığını vurğulayaraq bildirmişlər ki, Azərbaycan idmançılarının dünya və beynəlxalq miqyaslı yarışlarda qazandığı nailiyyətlər bunun bariz təzahürüdür. Taekvondoçularımızın əldə etdiyi uğurlar isə bilavasitə bu idman növünə diqqət və qayğının nəticəsidir.
Sonra yaşlılar arasında ölkə çempionatının qalibləri - dünya çempionatının bürünc medalçısı Zahid Məmmədov (54 kq), 13 dəfə Azərbaycan çempionu, Avropa çempionatının gümüş mükafatçısı Elnur Amanov (58 kq), gənclər arasında Avropa çempionu İlkin Şahbazov (62 kq), Afina Yay Olimpiya Oyunlarının iştirakçısı, dünya və Avropa çempionatlarında 3-cü yer tutmuş Rəşad Əhmədov (78 kq), dünya çempionatının bürünc mükafatçısı Təvəkkül Bayramov (84 kq), habelə Tural Vəlibəyov (67 kq), Fuad Nuriyev (72 kq) və Ruslan İbrahimov (84 kq-dan yuxarı) mükafatlandırılmışlar.
Sonra gənclər arasında 10 çəki dərəcəsi üzrə yarışlar keçirilmişdir. Yanvarın 15-də qadın idmançıların mübarizəsi ilə çempionata yekun vurulacaqdır.