ELM VƏ TƏHSİL


TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ

Təhsil naziri Misir Mərdanov Bakıda səfərdə olan İstanbul Şəhər Təhsil Şöbəsinin müdiri Ömür Balıbəylə görüşmüşdür.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə nazir Azərbaycan və Türkiyə əlaqələrinin tarixi köklərindən danışmışdır. Eyni zamanda, azərbaycanlı şagirdlərin Türkiyə, türk şagirdlərin isə Azərbaycan haqqında ətraflı biliyə malik olmaları üçün hər iki xalqın tarix, ədəbiyyat və mədəniyyətinə orta ümumtəhsil məktəblərində xüsusi yer verilməsinin vacibliyini vurğulamışdır.

İstanbul Şəhər Təhsil Şöbəsinin müdiri Ömür Balıbəy Türkiyə məktəblərinin yuxarı siniflərində Azərbaycan tarixi, ədəbiyyatı və coğrafiyası fənlərinin tədrisinin mümkün olduğunu söyləmişdir.

Görüşdə Misir Mərdanov qonağa Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı kitablar, xatirə hədiyyələri təqdim etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.