ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI
Sentyabrın 14-də təhsil naziri Misir Mərdanov kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, nazir Azərbaycan Respublikası Prezidentinin təhsillə bağlı son fərman və sərəncamını xatırladıb, hər iki sənədlə bağlı müvafiq qərar qəbul olunduğunu bildirmişdir. O, daha sonra yeni dərs ili ilə əlaqədar məlumat vermiş və demişdir ki, sabah 4539 ümumtəhsil məktəbi öz qapılarını 1 milyon 667 min 394 şagirdin üzünə açacaqdır. Bu il birinci siniflərə 139 min 485, peşə məktəblərinə isə 14 min 805 şagird qəbul edilmişdir. 44 orta ixtisas məktəbinə 11 min 991 nəfər, 21 ali məktəbə isə 20 min 341 tələbə qəbulu nəzərdə tutulmuşdur. Təhsil Nazirliyinin tabeliyində olan ali məktəblərdə 81 min 468 nəfər təhsil alacaqdır.
Misir Mərdanov jurnalistləri maraqlandıran sullara cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]