ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə nazir Misir Mərdanov ölkə Prezidenti İlham Əliyevin təhsilimizin inkişafına diqqət və qayğısından danışmışdır.
Ali məktəblərdə qış imtahan sessiyasının başlanması ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edən nazir mənfi halların qarşısını almaq məqsədi ilə nazirlikdə mərkəzi operativ qərargahın yaradıldığını bildirməlidir. O, ali məktəblərin attestasiya və akkreditasiyadan keçirilməsi ilə bağlı məsələyə də toxunaraq, bir neçə ali təhsil müəssisəsində bu istiqamətdə iş getdiyini söyləmişdir.
Müşavirədə tələbələrin dərsə davamiyyəti, müəllimlərin yenidən hazırlanması, diplomların tanınması və digər məsələlərdən də danışılmışdır.
Sonda müzakirələr aparılmış, ali məktəb rektorları fikir və təkliflərini bildirmişlər.