ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNDƏ TƏDBİRLƏR PLANI MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyində qarşıda duran vəzifələr və həyata keçiriləcək tədbirlər planı ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Nazir Misir Mərdanov Bakı şəhərindəki ümumtəhsil məktəblərində yaranmış sıxlıq nəticəsində dərslərin bir neçə növbə ilə keçirildiyini bildirmiş, bu problemin araşdırılaraq müvafiq tədbirlər görülməsi üçün nazirliyin əlaqədar şöbə müdirlərinə tapşırıqlar vermişdir. Nazir ali təhsil ocaqlarının latın qrafikalı oxu materialları ilə təmin olunmasının vacibliyini də diqqətə çatdırmışdır.
Tədbirdə, eyni zamanda, orta məktəb dərslikləri, təhsil müəssisələrinin istilik sistemləri ilə təchizatı və s. məsələlər müzakirə olunmuş, təkliflər verilmişdir.