İDMAN
“TƏHSİL” RİM-İN BASKETBOL ÜZRƏ AÇIQ BİRİNCİLİYİ KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, martın 13-17-də Bakı şəhər 3 saylı peşə liseyinin idman zalında yeniyetmə basketbolçular arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçiriləcəkdir.
Ənənəvi olaraq hər il keçirilən turnirdən əsas məqsəd yeniyetmə oğlanlar arasında bu idman növünün inkişafına nail olmaq, onların yarış təcrübəsini artırmaqdır. Yarışda ölkəmizin müxtəlif şəhər və rayonlarının uşaq–gənclər idman məktəblərinin, idman klubları və cəmiyyətlərinin 1992-93-cü il təvəllüdlü basketbolçularından ibarət komandaları iştirak edəcəklər.
İlk üç yeri tutan komandalara “Təhsil” RİM-in diplomu və qiymətli hədiyyələri təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]