TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ İNTENSİVLƏŞDİRİLƏCƏK VƏ ÜSTÜN İSTİQAMƏTLƏR DAHA DƏQİQ MÜƏYYƏNLƏŞDİRİLƏCƏKDİR
AzerTAg.az
Avropa Komissiyasının Bakıdakı “Avropa Evi”ndən AZƏRTAC-a bildirmişlər ki, Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda ali təhsilin inkişafına və struktur dəyişikliklərinə dəstək olan TEMPUS Proqramı martın 25-də Brüsseldə MDB ölkələrinin təhsil nazirliklərinin nümayəndələri ilə görüş keçirəcəkdir. Bu tədbirdə ölkəmizi respublika Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Qulu Novruzov təmsil edəcəkdir.
Görüşdə TEMPUS Proqramının maksimum səmərə verməsi üçün təqdim edilən layihələrin üstün milli istiqamətlərə uyğunlaşdırılması, onların hər il Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın əsas amilləri ilə uzlaşması məsələlərinə toxunulacaqdır. Bu, hər il Təhsil Nazirliyi ilə Avropa Komissiyası arasında razılaşdırılır.
Avropa Komissiyası struktur dialoq yaratmaqla ali təhsi sahəsində mövcud əməkdaşlığı intensivləşdirmək və üstün istiqamətləri daha dəqiq müəyyən etmək məqsədi güdür.
Xəbərin mətnində orfoqrafik səhv var