SİYASƏT
TƏKRAR SEÇKİLƏRLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 28-də Bakıda Venesiya Komissiyasının dəstəyi ilə 2005-ci il 6 noyabr parlament seçkilərinin nəticələrinə və seçki qanunvericiliyi sahəsində əməkdaşlığın perspektivlərinə dair dəyirmi masa keçiriləcəkdir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasından verilən məlumata görə, aprelin 29-da isə “Seçkilərin keçirilməsində dövlət orqanlarının rolu” mövzusunda tədbir olacaqdır. Tədbirdə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının, AŞPA-nın və Milli Məclisin nümayəndələri iştirak edəcəklər. Hər iki tədbir Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsinə, təkrar seçkilərin tam demokratik və şəffaf keçrilməsinin təmin edilməsinə yardım məqsədi ilə təşkil olunacaqdır.