ELM VƏ TƏHSİL
TƏLƏBƏLƏRİN 52-Cİ ELMİ-TEXNİKİ KONFRANSI ÖZ İŞİNİ BAŞA ÇATDIRMIŞDIR
Dekabrın 12-də Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin 52–ci elmi–texniki konfransı öz işini başa çatdırmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə təşkil olunmuş mərasimdə akademiyanın rektoru, MEA-nın müxbir üzvü Siyavuş Qarayev çıxış edərək konfransın nəticələrindən danışmış, onun yüzlərlə tələbəyə ilk elmi nailiyyətlərini təqdim etməyə və elmin yeni istiqamətləri ilə tanış olmağa imkan yaratdığını söyləmişdir. O, eyni zamanda, tədbirin sponsoru “Azercell Telekom” Birgə Müəssisəsinə göstərdiyi köməyə görə öz təşəkkürünü bildirmişdir.
Çıxış edən digər professor və müəllimlər də gənclərin elmə marağının daha da artmasında elmi-texniki konfransların əhəmiyyətini vurğulamışlar.
Tədbirdə yüksək səviyyəli elmi işləri ilə fərqlənən tələbələrə xüsusi diplom və hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]