İQTİSADİYYAT


TAMBLİNQ ÜZRƏ İLK BAKI ÇEMPİONATI KEÇİRİLMİŞDİR

Mayın 13-14-də gimnastika məktəbində tamblinq üzrə Bakı çempionatı keçirilmişdir. Çempionatda Nizami rayonundakı idman məktəbinin və gimnastika məktəbinin 24 yetirməsi iştirak etmişdir.

Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qaliblər çoxnövçülüyün yekunlarına əsasən müəyyənləşmişdir. İdman ustaları arasında salto, vintvari və qarışıq təmrinlərdə gimnastika məktəbinin nümayəndəsi Rəvan Yusubov (27.82 bal) birinci yer tutmuşdur. Ustalığa namizədlər arasında ən yaxşı nəticəni də həmin məktəbin nümayəndəsi Elmir Xanəliyev (12.83 bal) göstərmişdir. Birinci yaşlılar dərəcəsində idman məktəbinin yetirməsi Fərid Salmanlı (25.82 bal) fərqlənmişdir.

Çempionatda yeni akrobatika cığırı ilk dəfə sınaqdan çıxarılmışdır. Xatırladaq ki, Gimnastika Federasiyası bu cığırı Stavropoldakı “Skakun” firmasından almışdır. Dünya standartlarına uyğun və istənilən beynəlxalq turnirlərin keçirilməsinə imkan verən bu cığırın uzunluğu 25 metr, eni isə 2 metrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.