DÜNYA


TANAP-dan Türkiyədə dəniz turizminə böyük töhfə

Ankara, 14 iyun, AZƏRTAC

Türkiyənin Ədirnə bölgəsində yerləşən Saros körfəzində Airbus A330 tipli sərnişin təyyarəsi suya salınıb. Gövdəsinin qarşı tərəfindən “TANAP” yazılan təyyarənin arxa səmtində Azərbaycanın və Türkiyənin dövlət bayraqları həkk olunub.

AZƏRTAC xəbər verir ki, TANAP-ın dəstəyi ilə həyata keçirilən layihə ESTAB (Edirne Saros Turizm Altyapı Hizmet Birliği) ve Skyair Shop şirketi arasında imzalanan anlaşma əsasında reallaşıb. Məqsəd Türkiyədə dəniz turizminin inkişafına dəstək verməkdir.

Sahildən bir dəniz mili (1850 metr) uzaqlıqda, 30 metr dərinlikdə yer alacaq gəminin uzunluğu 60 metr, ağırlığı 90 tondur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.