İQTİSADİYYAT


TAP-ın icraçı direktoru: Azərbaycan Avropa ölkələrinin enerji təchizatında etibarlı mənbədir

Bakı, 2 fevral, AZƏRTAC

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 1-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Avropa ölkələrinin enerji təchizatında etibarlı mənbə olduğunu vurğulayan Luka Skyepatti İtaliyanın qaz istehlakının 15 faizinin TAP vasitəsilə təmin edildiyini deyib.

Görüşdə TAP-ın boru kəmərinin ötürmə gücünün mərhələli şəkildə illik 20 milyard kubmetrə çatdırılması üçün aparılan bazar sınaqlarının gedişatı nəzərdən keçirilib. Qeyd edilib ki, bazar sınağının birinci mərhələsinin nəticələrinə uyğun olaraq 2026-cı ildən ildə 1,2 milyard kubmetr əlavə qazın tədarükü mümkün olacaq. Bazar sınağının ikinci mərhələsi isə 2023-cü ilin ikinci yarısına planlaşdırılır. Söhbət zamanı hidrogenin nəqli perspektivləri və “TAP AG” konsorsiumunun bu istiqamətdə fəaliyyəti də nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.