MƏDƏNİYYƏT


“TARARAM” RƏQS QRUPU BAKIDA ÇIXIŞ EDƏCƏK

AZƏRTAC xəbər verir ki, noyabrın 26-27-də Heydər Əliyev adına Sarayda İsrailin “Tararam” rəqs qrupunun konserti olacaqdır.

İsrailin Azərbaycandakı səfirliyi və Bakıdakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçiriləcək konsertdə rəqs qrupu “Ekstazira” adlı şou-proqramla çıxış edəcəkdir. 1996-cı ildə rejissor Doron Rafaelinin yaratdığı “Tararam” qrupu indiyədək ABŞ, Kosta-Rika və Almaniyada, 2004-cü ildə Afina Olimpiya oyunlarında konsertlər vermişdir. Bakıya ilk dəfə gələn tanınmış kollektiv rəngarəng rəqslər, mahnılar ifa edəcək, davulçalanlar məharətlərini göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.