Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TARİXİ HƏQİQƏTLƏR XALQA OLDUĞU KİMİ ÇATDIRILMALIDIR
MİLLİ ELMLƏR AKADEMİYASINDA BEYNƏLXALQ ELMİ SESSİYA

Martın 18-də Milli Elmlər Akademiyasında “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-sessiyanın birinci iclası keçirilmişdir. 

Azərbaycan MEA-nın, Milli Arxiv İdarəsinin, Bakı Dövlət Universitetinin birgə təşkil etdikləri bu tədbirə tarixçi alimlər və mütəxəssislər, o cümlədən Türkiyə və Böyük Britaniya alimləri, ali təhsil ocaqlarının, xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri dəvət olunmuşdular.

Sessiyanı giriş sözü ilə Azərbaycan MEA-nın prezidenti akademik Mahmud Kərimov açmışdır. O qeyd etmişdir, bu il mayın 28-də XX əsr Azərbaycan milli dövlətçilik tarixində xüsusi yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 85 ili tamam olur. 1918-ci il mayın 28-də Zaqafqaziya seymində Azərbaycanı təmsil edən deputatlar - Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Xosrov Paşa bəy Sultanov və digərləri bir gün əvvəl təşkil etdikləri Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdilər. Bu, bütün Şərq xalqları tarixində dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Avropanın şərqində yaranan ilk parlamentli demokratik respublika idi və təəssüf ki, cəmi 23 ay yaşadı.

Natiq bildirmişdir ki, ölkəmizin tarixinin bu qısa, lakin şərəfli səhifəsinin genişmiqyaslı tədqiqinə yalnız XX əsrin sonunda – Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra başlamaq mümkün olmuşdur. Bu işdə Azərbaycan MEA-nın tarix, şərqşünaslıq, ədəbiyyat, fəlsəfə və siyasi-hüquqi tədqiqatlar, dilçilik institutlarının, Azərbaycan Tarixi Muzeyi, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası alimlərinin əməyi xüsusi qeyd edilməlidir. Onlar ötən son 12 il ərzində Xalq Cümhuriyyətinin tarixinin araşdırılması sahəsində çox iş görmüşlər. 1998-ci il yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyinin qeyd olunması haqqında xüsusi Fərman vermişdir. Bu tarixi sənəddə Cümhuriyyət tarixinin tədqiqi xüsusi olaraq qeyd olunmuş və həmin vəzifənin icrası Azərbaycan MEA-ya tapşırılmışdır. Akademiyanın rəyasət heyəti Fərmana uyğun olaraq qəbul etdiyi qərarda bu vəzifənin yerinə yetirilməsini Tarix İnstitutuna həvalə etmişdir. İnstitut həmin işin öhdəsindən şərəflə gəlmiş, Azərbaycan və rus dillərində “Azərbaycan Xalq Cümhuriyyəti” adlı fundamental monoqrafiya hazırlayıb nəşr etdirmişdir. Elə həmin il Milli Arxiv İdarəsi Cümhuriyyətin 23 aylıq fəaliyyətini əks etdirən yeddi cildlik, Azərbaycan Tarixi Muzeyi isə bircildlik sənədlər toplularını oxuculara təqdim etdilər. Bundan əlavə, Xalq Cümhuriyyətinin tarixi “Azərbaycan tarixi”nin beşinci cildində də geniş əksini tapmışdır. Xalq Cümhuriyyətinin tarixinin araşdırılması sahəsində iş indi də davam edir.

M.Kərimov bir fikri xüsusi vuruğulamışdır ki, ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini tədqiq edərkən bəzən populist xarakterli mülahizə və fikirlərə də rast gəlmək olur. Bəzi mətbuat orqanlarında tarixi həqiqətlərə uyğun olmayan, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması məsələsinə qeyri-obyektiv, qeyri-elmi münasibətlə səciyyələnən yazılar da dərc edilir. Bu isə tarixi saxtalaşdırmaqdan başqa bir şey deyildir. Elə buna görə də cəmiyyətimizdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında həqiqətlərə aydınlıq gətirmək, yanlış fikirlərin yayılmasının və ondan siyasi məqsədlərlə istifadənin qarşısını almaq üçün belə bir beynəlxalq elmi-praktik sessiyanı keçirmək məqsədəuyğun sayılmışdır.

Sonra Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri namizədi Ataxan Paşayev “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilk mənbələrdə” mövzusunda məruzə etmişdir.

O demişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, əsasən, üç ilkin mənbəyə istinad edilərək öyrənilir: 1. Dövlət arxivləri – bu, Cümhuriyyət tarixini öyrənmək üçün əsas və əvəzsiz mənbədir; 2. Cümhuriyyət dövrünə aid mətbuat və nəşriyyat materialları; 3. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xaricə mühacirət etmiş xadimlərin özləri ilə apardıqları sənəd və materiallar, habelə onların xaricdəki fəaliyyətləri nəticəsində yaranmış sənəd və materiallar.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənmək üçün sovet hakimiyyətinin ilk illərində Cümhuriyyət hökumətinin fəaliyyətinə dair sənəd və materialları əsasında yazılmış bir çox mətbu materiallardan da ilk məxəs kimi istifadə etmək olar.

Dövlət arxivlərində mühafizə olunan əsas mənbələr, ilk növbədə, Cümhuriyyət dövründə fəaliyyət göstərmiş dövlət hakimiyyəti və idarəetmə orqanlarının, müxtəlif dövlət idarə, təşkilat və müəssisələrinin, ictimai-siyasi təşkilatların fəaliyyətləri nəticəsində yaranmış sənədlərdir. Bu sənədlər, əsasən, Azərbaycan Respublikasının Dövlət Arxivində və qismən də respublika Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivində mühafizə olunur. Təəssüf ki, Xalq Cümhuriyyəti dövrünə aid sənədlər tam şəkildə qorunub saxlanılaraq bizə gəlib çatmamışdır. Lakin arxivlərimizdə qorunaraq bu günə qədər saxlanan sənəd və materiallar Cümhuriyyət tarixinin tam mənzərəsini əks etdirmirsə də, onun fəaliyyəti haqqında kifayət qədər məlumat verir.

Respublikamızın dövlət arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti dövrü tarixinə aid qanunvericilik, dövlət hakimiyyəti və idarəçilik orqanlarının, ordu quruculuğu, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının, habelə ictimai təminat, təhsil, mədəniyyət və digər məsələlərlə məşğul olmuş nazirlik, idarə və təşkilatların fəaliyyəti nəticəsində yaranmış 25 minə yaxın iş qorunub saxlanılır.

Məruzəçi xüsusi vurğulamışdır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinin ən qaranlıq məqamlarından biri onun Gəncə dövrüdür. Bu dövrə aid çox az sənəd qalmışdır və onlarda verilən məlumatlar da ziddiyətlidir.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünə aid nisbətən yaxşı vəziyyətdə qorunub saxlanılaraq bizə çatmış sənədlər parlamentin arxividir.

İlk mənbəllərdən biri də Cümhuriyyətin tarixində Azərbaycanın müstəqilliyinin elan edildiyi vaxtdan, 1918-ci il may ayının 28-dən onun süqutuna -1920-ci il aprel ayının 27-dək fasiləsiz fəaliyyət göstərmiş Nazirlər Şurası mərkəzi aparatının sənədləri ola bilərdi. 1919-cu ilin yayında Azərbaycana qarşı Denikin ordularının hücumu gözlənildiyi bir vaxtda - iyun ayının 9-da Cümhuriyyət hökumətinin tərkibində yaradılmış “Dövlət Müdafiə Komitəsi”nin də sənədləri buraya daxil idi. Çox təəssüf ki, həmin sənədlər hansısa bir xain, xəbis qüvvə tərəfindən bilərəkdən və ya bilməyərəkdən tamamilə məhv edilmişdir. Bu günə qədər dövlət arxivlərində bu qurumun özünün heç bir işi qorunub saxlanmamışdır.

Cümhuriyyətin tarixini öyrənmək üçün 1920-ci ilin aprelində onun süqutundan sonra xaricə mühacirət etmiş xadimlərin özləri ilə apardıqları, onların xaricdəki fəaliyyətləri nəticəsində yaranmış sənəd və materiallar da əsas mənbə kimi istifadə oluna bilər. Həmin sənəd və materiallar Azərbaycan xalqının mənəvi sərvətidir və onlar gələcəkdə Azərbaycana qaytarılmalıdır.

Bakı Dövlət Universitetinin mənbəşünaslıq və tarixşünaslıq kafedrasının müdiri, tarix elmləri namizədi Anar İsgəndərovun “Azərbaycan Xalq Cümhuriyyətinin tarixşünaslığı” mövzusunda məruzəsi də maraqla dinlənilmişdir. O demişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş əsərləri tarixşünaslıq baxımından təhlil etmək, bu dövrün qərəzli şəkildə, bilə-bilə təhrif edilmiş siyasi hadisələrinin obyektiv elmi mənzərəsini yaratmaq işi uzun müddət kölgədə qalmışdır. Çünki ayrı-ayrı dövrlərdə Cümhuriyyət mövzusuna həsr edilmiş əsərlər, ideoloji mövqedən asılı olaraq, bir-birinə daban-dabana zidd iki konsepsiyanın yaranmasına gətirib çıxarmışdır. Birinci konsepsiyanı əks etdirən əsərlər Cümhuriyyətin fəaliyyəti dövründə yazılmışdır. Bu konsepsiyanın ideoloqları 1920-ci ilin aprelindən sonra mübarizəni mühacirətdə davam etdirmişlər.

İkinci konsepsiya 1920-ci il aprel işğalından sonra formalaşmağa başlamışdır.

XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqi ilə bağlı 3 istiqamət meydana gəldi. Birinci istiqaməti təmsil edənlərin vaxtilə yazdıqları ilə bağlı mətbuatdakı yeni çıxışları bir növ etiraf xarakteri daşıyırdı. Tarixçilərin bu qrupu əvvəlki yazılarından nəinki imtina etdilər, hətta bu problemi keçmişdəkindən fərqli şəkildə tədqiq etməyə başladı. Bu tip yazılar oxucu tərəfindən müsbət qarşılanmadı. İkinci istiqamətin tərəfdarları ucuz şöhrət xatirinə, heç bir elmi mənbəyə əsaslanmadan, populist xarakterli məqalələrlə onsuz da bol olan və faktsız materiala ehtiyac duyan qəzetlərdə çıxış etməyə başladılar. Bu tip məqalələr problemin həllinə nəinki kömək etmədi, əksinə, oxucunu çətin vəziyyətdə qoydu. Nəhayət, üçüncü istiqamətin tərafdarları 1917-1920-ci illər problemini faktik materiallar əsasında tədqiq etməyə başladılar.

Sonra məruzələr ətrafında çıxışlar olmuşdur.

Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz çıxışında qeyd etmişdir ki, bu il həm də Türkiyə Cümhuriyyətinin yubileyidir-onun 80 yaşı tamam olur. Bugünkü sessiya Azərbayacn Cümhuriyyəti tarixinin zənginliyini bir daha açıb göstərdi. Bu il hər iki qardaş xalq ortaq taleyini bayram edir. Türkiyə və Azərbaycan müstəqilliyini çox çətin, qanı bahasına qazanmışdır. Bunu hamımızın ziyarətgahına çevrilmiş şəhidlər xiyabanları sübut edir. Bakıdakı Şəhidlər xiyabanında Türkiyə və Azərbaycan şəhidləri yanaşı uyuyurlar. Səfir bildirmişdir ki, Türkiyə Böyük Millət Məclisi mart ayının 18-ni Şəhidlər günü elan etmişdir.

Natiq ortaq tariximizin öyrənilməsində Azərbaycanda yaradılmış Atatürk Mərkəzinin rolunu xüsusi vurğulamışdır.

Böyük Britaniyanın ölkəmizdəki səfiri Endryu Taker sessiyanın əhəmiyyətini qeyd edərək demişdir ki, 1918-1920-ci illərdə Azərbaycanla Böyük Britaniyanın tarixi bir-biri ilə əlaqəli olmuşdur. Həmin əlaqələr bu gün də davam edir. Təəssüf ki, XX əsrin əvvəlləri kifayət qədər öyrənilməmişdir. Bu sessiya həmin boşluğun aradan qaldırılmasına təkan verəcəkdir. Təqdirəlayiq haldır ki, arxivdə olan materiallar hamı üçün açıqlandı. Tarixin diqqətlə öyrənilməsi çox vacib məsələdir. Sovet tarixçiləri əsrin əvvəlində İngiltərənin Qafqazda olmasını 26 Bakı komissarı ilə əlaqələndirərək, ictimai fikri yanlış istiqamətə yönəltmişlər. Belə bir fikir formalaşdırılmışdır ki, Böyük Britaniyaya etimad göstərmək olmaz. Təəssüf ki, həmin dövr Böyük Britaniyanın özündə də dərindən tədqiq edilməmişdir.

Beynəlxalq elmi sessiyanın iclasları bu ilin may ayınadək davam edəcəkdir. Növbəti-ikinci iclas mart ayının 24-də olacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb