REGİONLAR


TARLA-XIRMAN - İSTEHSAL MÜƏSSİSƏSİ KONVEYERİ AHƏNGDAR İŞLƏYİR

Bu mövsümdə 11,1 min hektar sahədə pambıq yetişdirmiş Saatlı rayonunun torpaq mülkiyyətçiləri məhsulu tez və itkisiz yığmaqdan ötrü bütün qüvvələrini səfərbərliyə almışlar. İndiyədək Sarıcalar Açıq Tipli Səhmdar Cəmiyyətinə və “Pambıq” kiçik müəssisəsinə 12 min tona yaxın yüksək keyfiyyətli pambıq təhvil verilmişdir. Emal müəssisələrində isə 1000 tondan artıq mahlıc hazırlanmışdır.

Saatlı pambıqçıları builki məhsul istehsalını 18 min tona çatdırmağı nəzərdə tutmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.