İQTİSADİYYAT
TASİS AZƏRBAYCANDA LAYİHƏLƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİNİ DAVAM ETDİRİR
Qeyd olunmuşdur ki, Avropa Birliyi proqramın 2004-2006-cı illər üçün büdcəsini təsdiq etmişdir və hazırda vəsaitlər layihələr üzrə bölünür. Azərbaycan nümayəndəliyinin fəaliyyətinin iki öncül istiqaməti artıq müəyyən edilmişdir. Bunlar institusional, hüquqi, inzibati islahatların dəstəklənməsindən və ölkənin iqtisadi inkişafının ayrılmaz hissəsi olan özəl sektorun təşəkkülünə yardım göstərilməsindən ibarətdir.
TASİS ekspertləni layihələr çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin institusional inkişafının dəstəklənməsinə, Dövlət Gömrük Komitəsinin modernləşdirilməsinə və insan alverinin qarşısının alınmasına dair tədbirlər paketi hazırlayacaqlar.
TASİS nümayəndələri vurğulamışlar ki, Avropa Birliyi demokratik prinsiplərin və insan hüquqlarının inkişafı üçün baza yaradılması, habelə rəsmi Avropada Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində Bakının üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi sahəsində Azərbaycanı bundan sonra da dəstəkləyəcəkdir.