İQTİSADİYYAT


TASİS-İN 2004-2006–CI İLLƏRDƏ AZƏRBAYCANDA İNDİKATİV FƏALİYYƏT PROQRAMI BƏYƏNİLMİŞDİR

TASİS proqramının milli əlaqələndiricisi, iqtisadi inkişaf naziri Fərhad Əliyevin Brüsseldə Avropa Birliyinin vəzifəli şəxsləri ilə görüşündə 2004-2006-cı illərdə AB-nin TASİS proqramının Azərbaycan üçün İndikativ fəaliyyət proqramının qəbul olunması barədə razılıq əldə edilmişdir.

AB-nin Azərbaycana texniki yardımı əlaqələndirmə bürosundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tərəflər TASİS proqramı çərçivəsində layihələri həyata keçirmək üçün 30 milyon avro ayrılması barədə razılığa gəlmişlər.

Layihələr respublikanın hüquqi və inzibati sahələrində islahatlar aparılması, özəl sektorun inkişaf etdirilməsi istiqamətlərində həyata keçiriləcəkdir. O cümlədən sərhədlərin idarə olunmasını modernləşdirmək və insan alverinin qarşısını almaq, pensiya sisteminin və sosial yardımın inzibati strukturunun inkişafı, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin institusional sisteminin inkişafı proqramlarını davam etdirmək nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.