REGİONLAR
TAXILÇILAR MƏHSUL YIĞIMINA BAŞLAMIŞLAR
Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın müxbirinə bidirmişlər ki, zəmilərdə bol məhsul yetişdirilmişdir. Görkəmli seleksiyaçı alım, akademik Cəlal Əliyevin bölgədə olarkən verdiyi dəyərli məsləhətlər taxılçılara sanballı kömək göstərmişdir. Bu il rayonun fermerləri və torpaq mülkiyyətçiləri 16 min 067 hektar sahənin məhsulunu toplayacaqlar. İndiyədək 2 min 100 hektar sahənin məhsulu yığılmış, hər hektardan 30 sentner məhsul götürülmüşdür. Rayonda biçin və məhsulun daşınması üçün kifayət qədər texnika və nəqliyyat vasitəsi ayrılmışdır.
Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Beyləqan və İmişli rayonlarında da məhsul yığımı sürətlə davam edir. Cari ildə həmin rayonlarda 88 min 485 hektar zəminin məhsulu yığılacaqdır. Qısa müddətdə 7 min 302 hektar sahədə biçin aparılmış, 20 min tondan çox taxıl istehsal edilmişdir. Hər hektardan orta hesabla 27,4 sentner taxıl götürülmüşdür. Ağdam rayonunun taxılçıları hektarın məhsuldarlığını 31 sentnerə çatdırmışlar.