ELM VƏ TƏHSİL
TƏZƏKƏNDDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümünün geniş qeyd edildiyi bu günlərdə Şərur rayonunun Təzəkənd kəndində 110 yerlik məktəb binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qonaqları salamlamış, açılış münasibətilə məktəbin müəlllim və şagird kollektivlərini, valideynləri təbrik etmişdir.
Məktəbdə işıqlı, geniş sinif və kompüter otaqları, fənn kabinələri, kitabxana ilə yanaşı, tibb məntəqəsi və idman meydançası da istifadəyə verilmişdir.
Sonda məktəblilər doğma Vətənə, dahi Heydər Əliyevə həsr olunmuş şerlər söyləmişlər.