İQTİSADİYYAT


“TBC Kredit” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Bakı Fond Birjasında (BFB) “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2004019165 dövlət qeydiyyat nömrəli, 3 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 12 faiz, faiz ödənişləri 6 aydan bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.