DÜNYA


TBİLİSİDƏ AVROPA ŞURASI MONİTORİNQ KOMİTƏSİNİN KONFRANSI KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 27-də Tbilisidə 21 ölkə nümayəndələrinin iştirakı ilə Avropa Şurası Monitorinq Komitəsinin konfransı keçirilmişdir. Yığıncaq iştirakçıları Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyətini müzakirə etmişlər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Avropa Şurası Monitorinq Komitəsinin üzvləri Nairə Şahtaxtinskaya və Asim Mollazadə konfransın işində iştirak etmişlər.

Tədbir iştirakçıları Gürcüstan Prezidenti Mixail Saakaşvili, parlamentin sədri Nino Burcanadze, Baş nazir Zurab Jvaniya, xarici işlər naziri Salome Zurabişvili və güc strukturlarının rəhbərləri ilə görüşmüşlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.