İQTİSADİYYAT
TBİLİSİDƏ SUBREGİONAL SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarda Qafqaz ölkələrinin hökumət, həmkarlar və sahibkarlar təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Respublikamızı seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) və Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri təmsil etmişlər.
Konfederasiyanın prezidenti Ələkbər Məmmədov Azərbaycanda İşəgötürənlər təşkilatlarının iqtisadi və sosial islahatların aparılmasında, yoxsulluğun azaldılması istiqamətində görülən işlərdə, bu sahələrdə əldə edilmiş müsbət nəticələrdən danışmışdır.
Seminarın sonunda ASK Azərbaycanda sosial dialoqun vəziyyətini araşdırmaq, iş sağlamlığı və təhlükəsizlik, peşə hazırlığı və digər sahələr üzrə maarifləndirilmə işinin aparılması məqsədi ilə BƏT-ə layihə təqdim etmişdir. Layihə seminar iştirakçıları və BƏT ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir.