DÜNYA


TBİLİSİ ŞƏHƏRİNİN MERİ ONA BAHALI SAAT HƏDİYYƏ VERƏN RAYON BAŞÇISINI İŞDƏN AZAD ETMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisi şəhərinin meri Zurab Ciaberaşvili oktyabrın 27-də təcili brifinq keçirmiş və şəhərin İsani-Samqori Rayon İcra Hakimiyyətinin başçısı Zurab Adamianı vəzifəsindən azad etdiyini bildirmişdir.

Z.Ciaberaşvili demişdir ki, maaşı təqribən 200 lari olan rayon icra başçısı ona dəyəri 1500 ABŞ dolları olan “Omeqa” saatı hədiyyə etmişdir. Merin fikirincə, icra başçısı həmin hədiyyəni kiminsə hesabına almış və buna görə də o, vəzifədən getməlidir.

Elə həmin gün hökumətin iclasında Prezident Mixail Saakaşvili paytaxt başçısının cəsarətli hərəkətini alqışlamış və öz qolundakı saatı açıb, Zurab Ciaberaşviliyə hədiyyə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.