“TBİLQAZ”IN “QAZPROM”A 11 MİLYON ABŞ DOLLARI BORCU VARDIR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bir aydan çoxdur Tbilisinin bəzi yaşayış məhəllələrinə təbii qaz verilməsi dayandırılmışdır. “Tbilqaz” idarəsində bunu istifadə olunan qazın dəyərinin ödənilməməsi ilə izah edirlər. Hazırda “Tbilqaz”ın Rusiyanın “Qazprom” şirkətinə 11 milyon ABŞ dolları məbləğində borcu vardır.
Bu günlərdə rusiyalı biznesmen David Morçiladze “Tbilqaz”a rəhbər təyin edilmiş və onun sözlərinə görə, nə qədər ki, borc ödənilməyəcək, şəhərin təbii qazla təminatında problemlər aradan qalxmayacaqdır. Sabiq rəhbərliyin səriştəsiz fəaliyyəti sayəsində “Tbilqaz”ın yığılıb qalmış borcu ödəməyə gücü çatmır və biz hökumətdən dəstək gözləyirik.
D.Morçiladze bildirmişdir ki, hazırda idarədə struktur dəyişikliyi aparılır. 1500 nəfər əməkdaş işdən getməsi barədə ərizə yazmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var