SİYASƏT


TBMM türk hərbçilərinin Azərbaycandakı fəaliyyət müddətini uzadıb

Ankara, 10 noyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mövcud kontingentinin fəaliyyət müddəti daha bir il uzadılıb.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən layihə Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunub və təsdiqlənib.

Qərara əsasən Azərbaycandakı türk hərbi heyət Qarabağda qurulan Türkiyə-Rusiya birgə müşahidə mərkəzində daha bir il müddətinə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, ölkədə bu müddəti artırmaq səlahiyyəti Türkiyə Böyük Millət Məclisinə aiddir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.