İQTİSADİYYAT


TDƏŞ üzv dövlətləri arasında Müxtəlif İqtisadi Zonalarla bağlı anlaşma memorandumu imzalanıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu iclası çərçivəsində TDƏŞ üzv dövlətləri arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin ticarət naziri Mehmet Muş, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitov və Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Staroi imzalayıblar.

Memorandumun məqsədi Azərbaycanda Xüsusi İqtisadi Zonalar sahəsinin inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsi, TDƏŞ üzv dövlətlərinin bu sahədə inkişafından yararlanmaq, TDƏŞ üzv dövlətləri arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi ilə bağlı töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.