MƏDƏNİYYƏT
“TEATR - DÜNƏN, BU GÜN, SABAH” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Aktyorların, rejissorların, teatr xadimlərinin iştirakı ilə keçirilən tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov açaraq teatr tariximizin bəzi məqamları üzərində dayandı. Bildirdi ki, Azərbaycan teatrı möhkəm bünövrə üzərində dayanıb. Bu bünövrəni M.F.Axundov, C.Məmmədquluzadə, C.Cabbarlı kimi korifey dramaturqlarımız qoymuşdur. Ötən dövrdə Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Sidqi Ruhulla kimi güclü aktyor nəsli də yetişmişdir ki, onların hər biri özündən sonra böyük məktəb qoymuşlar.
Fondun nəzdində fəaliyyət göstərən “Sönməyən ulduzlar” Assosiasiyasının üzvləri - xalq artistləri Muxtar Avşarov, Muxtar Maniyev, əməkdar artistlər Şəfiqə Qasımova, Məmmədkamal Kazımov, əməkdar incəsənət xadimi Nəriman Axundov və başqaları teatrımızın bugünkü vəziyyətindən danışdılar, gələcəyinə inamla baxdıqlarını vurğuladılar.