İQTİSADİYYAT


“TEKNOFEST Azərbaycan” çərçivəsində “Rocket League” üzrə Avropa çempionatına start verilib

Bakı, 25 may, AZƏRTAC

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Rocket League” üzrə Avropa çempionatı start götürüb.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, “Rocket League” üzrə Azərbaycan, Macarıstan, Lüksemburq, Monako, Niderland, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 30 iştirakçı 10 komandada təmsil olunmaqla mübarizəyə başlayıblar.

Avropa Kiber İdman Federasiyası da daxil olmaqla Milli Federasiyalardan ümumilikdə 21 nümayəndə yarışları izləmək üçün Bakıda rəsmi səfərdədir.

Qeyd edək ki, çempionatın təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.