CƏMİYYƏT


“TEKNOFEST Azərbaycan” çərçivəsində “Rocket League” və “Tekken7” yarışları keçirilir

Bakı, 26 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən “Rocket League” yarışı üzrə final mərhələsinə Azərbaycan da daxil olmaqla Avropanın 11 ölkəsini təmsil edən kiber-atletlər vəsiqə qazanıblar.

AZƏRTAC xəbər verir ki, “Rocket League” üzrə Azərbaycan, Macarıstan, Lüksemburq, Monako, Niderland, Rumıniya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 33 iştirakçı 11 komandada təmsil olunmaqla mübarizə aparır. “Rocket League” raket maşınları ilə oynanılan futbol oyunudur.

Eyni zamanda, festival çərçivəsində “Tekken7” üzrə də mübarizə aparılır. Mübarizəyə Azərbaycan, Fransa, Gürcüstan, İsrail, İtaliya, Macarıstan, Şimali Makedoniya, Malta, Monako Monteneqro, Polşa, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 17 iştirakçı mübarizəyə qoşulub. “Tekken” “Namco” şirkəti tərəfindən ilk dəfə 1994-cü ildə yaradılmış döyüş oyunudur.

Qeyd edək ki, bu videooyunlar üzrə Avropa Kuboku Azərbaycanda ilk dəfə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.