İQTİSADİYYAT


“TEKNOFEST Azərbaycan” çərçivəsində Səlcuq Bayraqdar stendlərlə tanış olub VİDEO

Bakı, 25 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar startapların nümayiş olunduğu stendlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Səlcuq Bayraqdar festivaldan əvvəl görülən işlərlə maraqlanıb, yarışmaçıları dinləyib, müəyyən startapların maliyyələşdirilməsi üçün investorlara tövsiyələr verib.

Qeyd edək ki, Türkiyədən kənarda ilk “TEKNOFEST” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.