CƏMİYYƏT


“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “AgroTech” müsabiqəsi keçirilir

Bakı, 26 may, AZƏRTAC

Bu gün Bakıda innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən biri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı öz işinə başlayıb. Mayın 29-dək davam edəcək festival "Bakı Kristal Zalı" və Dənizkənarı Bulvar ərazisində təşkil edilib.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Türkiyə Texnologiya Komandası”-T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda 8 kateqoriya üzrə texnologiya müsabiqələri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində tərəfdaş qurum kimi Kənd Təsərrüfatı Nazirliyi “Aqrar Texnologiyalar” müsabiqəsinin təşkilini həyata keçirir. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin məhsul və innovativ həllərinin nümayişinə dair stendlər sərgilənir.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “AgroTech” müsabiqənin keçirilməsində əsas məqsəd irəli sürüləcək yeni texnologiyalarla həm əhalinin rifahının daha da yaxşılaşdırılmasına, həm də ölkə iqtisadiyyatının inkişafına dəstək göstərməkdir. Müsabiqə tələbələr, startapçı və fərdi sahibkarlar arasında təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.