İQTİSADİYYAT


“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində qırıcılar Bakı səmasında məşq uçuşları keçirib

Bakı, 23 may, AZƏRTAC

“TEXNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakı səmasında Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrinin məşqi keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” (5 ədəd) və “MiQ-29” (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, eləcə də Türkiyənin “Solotürk” (2 ədəd F16), “Türk Ulduzları” (5 ədəd F5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və AKINCI PUA-sının iştirakı ilə hava şoularının təşkili nəzərdə tutulur.

May ayının 26-sı və 28-i xüsusi keçidin, festival boyu hər gün isə pilotaj uçuşlarının həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “TEXNOFEST Azərbaycan” festivalı mayın 26-29-da Bakı Kristal zalında keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.