ELM VƏ TƏHSİL


“TEKNOFEST Azərbaycan” gənclərimizə öz bacarıqlarımı göstərmək imkanı yaradacaq

Bakı, 26 may, AZƏRTAC

Çox sevinirəm ki, ölkəmizdə qardaş Türkiyə ilə birgə bu cür mötəbər texnoloji festival keçirilir.

Bunu AZƏRTAC-a müsahibəsində festival ziyarətçisi Azərbaycan Dövlət Pedaqoji Universitetin Şamaxı filialının məzunu Ümid Rəsulov söyləyib. O bildirib ki, Selçuk Bayraktarın özünün də iştirak etdiyi bu mötəbər festivala şahidlik etmək və burada olmaq çox qürurvericidir. Bir-birindən maraqlı pavilyonları, stendləri, müsabiqə və şouları izləmək üçün buraya bir gün yox, festival çərçivəsində hər gün gəlmək lazımdır. “TEKNOFEST Azərbaycan” gənclərimizə öz bacarıqlarını göstərmək imkanı yaradacaq və təcrübə qazandıracaq. Bu festival, həmçinin texnologiyaları sevən gənclər üçün özlərini sınamaq baxımından mühüm platformadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.