ELM VƏ TƏHSİL
TEMPUS proqramı çərçivəsində seminar-təlim təşkil edilib
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində bu ali təhsil müəssisəsinin mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı ilə seminar-təlim keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, portuqaliyalı məruzəçi Maria Josenin moderatorluq etdiyi tədbirdə LMPH layihəsinin icra müddəti, açıq dərsin təşkili metodologiyası, turizmdə qastronomiyanın əhəmiyyəti və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov TEMPUS proqramının səmərəli fəaliyyətini təmin etmək məqsədilə ölkəmizdə səfərdə olan LMPH layihəsinin Portuqaliyadakı direktoru Antonio Dias, Maria Jose və layihənin digər iştirakçıları ilə görüşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]