İDMAN
TENNİSÇİLƏRİMİZ DÜNYA ÇEMPİONATINA HAZIRLAŞIRLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın qadın tennisçilərdən ibarət yığma komandası aprelin 24-29-da Türkiyənin Antalya şəhərində keçiriləcək “Set Cup” - qadınlar arasında dünya çempionatına hazırlaşır. Yarışda respublikamızı ölkə çempionatında fərqlənmiş idmançılar Elina Həsənova, Sevil Əliyeva və Səyyarə Məmmədova təmsil edəcəklər.
Avrafrika yarımqrupunda çıxış edən komandamız Bosniya və Herseqovina, Botsvana, Misir, İslandiya, Keniya, Lixtenşteyn, Moldova, Türkiyə, Norveç və Tunis tennisçiləri ilə bir qrupda mübarizə aparacaqdır. Bu qrupda ilk iki yeri tutan komandalar daha yüksək səviyyəli ölkələrin yer aldığı ikinci yarımqrupa vəsiqə qazanacaqlar.