SİYASƏT
TERRORİZM, KÜTLƏVİ QIRĞIN SİLAHI, NEFT-ABŞ XARİCİ SİYASƏTİNİN ƏSAS MÖVZULARIDIR
Amerikalilar belə hesab edirlər ki, ABŞ-ın xarici siyasəti ilk növbədə beynəlxalq terrorizmlə mübarizəyə yönəlməlidir. İTAR-TASS-ın məlumatına görə, Gellap Təşkilatının dünya problemlərinə dair keçirdiyi illik sorğunun nəticələri bunu göstərmişdir.
Rəyi soruşulanların 87 faizi belə hesab edir ki, terror aktlarının qarşısının alınması Amerika hökumətinin “çox mühüm” vəzifəsidir. İkincisi, kütləvi qırğın silahının yayılmasının qarşısının alınması tədbirləridir
(82 faiz). Üçüncüsü, ABŞ-a enerji daşıyıcılarının maneəsiz göndərilməsinin təmin edilməsidir (68 faiz). Tədqiqat müəllifləri bu rəqəmə xüsusi diqqət yetirirlər. Onların fikrincə, bu rəqəm sübut edir ki, İraqın böyük neft ehtiyatları, həqiqətən, ABŞ-da Bağdad əleyhinə “müharibənin ictimaiyyət tərəfindən dəstəklənməsini təmin edən amil rolu oynaya bilər”.