ELM VƏ TƏHSİL
TEXNİKİ UNİVERSİTETİN KOLLEKTİVİ SABİT GƏLƏCƏYƏ SƏS VERƏCƏK
Prezidentliyə namizəd Heydər Əliyevin vəkilləri Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirmişlər.
Görüşdə çıxış edənlər son on ildə ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, aparılan islahatlardan, neft strategiyasının uğurla reallaşdırılmasından, dövlətin gənclər siyasətindən ətraflı söhbət açmışlar. Natiqlər bütün bu nailiyyətləri təmin edən siyasətin gələcəkdə daha böyük bəhrələr gətirəcəyinə əmin olduqlarını və qarşıdakı prezident seçkilərində bu xətti dəstəkləyəcəklərini bildirmişlər.