ELM VƏ TƏHSİL


TEXNİKUMLAR, PEŞƏ LİTSEYLƏRİ VƏ MƏKTƏBLƏR ÜÇÜN YENİ DƏRSLİK

Peşə litseyləri, məktəblər və texnikumlar üçün yeni “Toxuculuq və tikiş sənayesi üçün materialşünaslıq” dərsliyi çapdan çıxmışdır. R.Ələkbərov və Z.Orucovun bu dərsliyi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş və Almaniyanın Yaşlıların Təhsili Asossiasiyasının Beynəlxalq Əməkdaşlıq İnstitutunun maliyyə yardımı ilə çap edilmişdir. Xatırladaq ki, bu institutun Qafqaz filialı 2002-ci ilin əvvəllərində yaradılmışdır. Filial Almaniya ilə Cənubi Qafqaz ölkələri arasında təhsil sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər çərçivəsində fəaliyyət göstərir. Qafqaz filialının fəaliyyətindən məqsəd yaşlıların təhsilinə dair adekvat sistemin yaradılmasında və islahatında yerli, milli və millətlərarası qurumlara yardım etməkdir. Siyasi və iqtisadi şərait dəyişdikcə keçmiş Sovet İttifaqının müstəqil dövlətləri keçid dövrünün bir çox problemləri ilə üzləşmişlər. Filialın konkret vəzifəsi yaşlı əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün onların peşə təhsilini təşkil etməkdir. Texniki peşə təhsili sistemi üçün yeni dərslik planlaşdırılmış işin nəticəsidir və pulsuz yayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.