İDMAN
TEYMUR RƏCƏBOV GÜCLÜLƏR ARASINDA DÖRDÜNCÜ OLMUŞDUR
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan şahmatçısı bu turnirdən əvvəl 2656 balla iştirakçılar arasında ən aşağı reytinqə malik idi. Digər iştirakçıların reytinqə görə sırası belə idi: Harri Kasparov (2831), Vladimir Kramnik (2777), Aleksey Şirov (2736), Veselin Topalov (2735), Peter Leko (2722) və Fransisko Valyexo (2663). Xatırladaq ki, Teymur ötən il bu turnirdə 4,5 xal toplayaraq sonuncu yeri tutmuşdu. Ancaq onun Linaresdəki yarışlarda iştirakı qara fiqurlarla Harri Kasparova qalib gəlməsi ilə şahmatsevərlərin yadında qalmışdı.
Builki turinirdə Teymur Rəcəbov 6 xal toplayaraq dördüncü yeri tutmuşdur. 16 yaşlı bakılı şahmatçının bu uğuru mütəxəssisləri heyrətə gətirdiyindən, onu turnirin qəhrəmanlarından biri elan etmişlər.