Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“TİBBİ SIĞORTA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 1999-CU İL 30 DEKABR TARİXLİ 241 NÖMRƏLİ FƏRMANINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 503-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 20; 2003-cü il, № 10, maddə 585) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. ikinci, üçüncü, dördüncü və beşinci abzaslar müvafiq olaraq üçüncü, dördüncü, beşinci və altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

1.2. üçüncü abzasda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin, “6-cı maddəsinin birinci hissəsinin ikinci abzasında” sözlərindən sonra “və ikinci hissəsinin ikinci abzasında” sözləri əlavə edilsin və “, 12-ci maddəsinin birinci hissəsində” sözləri çıxarılsın;

1.3. dördüncü və beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsinin beşinci abzasında və 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 16-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.”;

1.4. altıncı abzas çıxarılsın.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin