TİKİNTİ MATERİALLARI QİYMƏTLƏRİNİN MONİTORİNQİ KEÇİRİLİR
Dövlət Tikinti və Arxitektura Komitəsi inşaat materiallarının pərakəndə satış qiymətlərinə nəzarəti gücləndirmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, tikintinin bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsi, yeni smeta-normativ bazanın hazırlanması bunu tələb edir. Ona görə də qiymətqoyma və smeta normaları şöbəsinin əməkdaşları hər həftə ticarət obyektlərində olur, monitorinq keçirir, təhlillər aparırlar.
İnşaat materiallarının bahalaşması büdcədən maliyyələşdirilən tikintilərin smeta dəyərinin yüksəlməsinə səbəb olduğuna görə, qiymətlərə nəzarət edilməsi zəruri addımdır. Bu tədbir artıq öz müsbət nəticələrini verməkdədir. Gündən-günə bahalaşmaqda olan sementin qiyməti son vaxtlar əvvəlki həddə qədər aşağı düşmüşdür.