CƏMİYYƏT


TİSA ÇAYI ÜZƏRİNDƏ PƏRVANƏLƏR

Hər il yayın ortalarında Tisa çayı sanki pərvanələrdən toxunmuş pərdəyə bürünür. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, macarlar cəmi bir neçə gün davam edən bu dövrə Tisanın “çiçəklənməsi” dövrü deyirlər.

Məsələ bundadır ki, bu qeyri-adi, cəmi bir neçə günlük ömrü olan pərvanələr uzun müddət su altında sürfə şəklində olur və sonra kütləvi şəkildə, demək olar ki, hamısı eyni vaxtda havaya qalxır.

Bu növdən olan pərvanələr əvvəllər Avropanın bir çox çaylarında geniş yayılmışdı. Lakin antropogen amillərin təsiri nəticəsində suyun keyfiyyətinin pisləşməsi ona gətirib çıxarmışdır ki, indi belə kütləvi uçuşlar yalnız Macarıstanda və Serbiyada müşahidə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.