ELM VƏ TƏHSİL


T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə tədrisin müasirləşdirilməsinə xüsusi önəm verilir

Bakı, 8 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə tədrisin müasirləşdirilməsinə xüsusi önəm verilir.

Məktəb-liseydən AZƏRTAC-a bildirilib ki, 2021-2022-ci tədris ili üzrə təhsil müəssisəsinin XI sinif məzunlarından 4 nəfəri - Aysu Usubova, Həmidə Sadıqova, Nurcan İsimxanova, Nəzrin Sadıqova qızıl nişana layiq görülüblər.

Bu il məktəb-liseyi 176 şagird bitirib, onlar ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.