ELM VƏ TƏHSİL
TOKİODA GÜCLÜ ZƏLZƏLƏ GÖZLƏNİLİR
Bu vahiməli xəbərdarlıq tanınmış astronom və fizik İosio Kusidanın İnternet səhifəsində edilmişdir. Bu xəbər ölkənin aparıcı ümummilli qəzetlərindən birində və nüfuzlu həftəlik toplusunda da dərc olunmuşdur.
Peşəkar astronom olmayan Kusida xəbərdarlıq edir ki, Tokio bölgəsində güclü zəlzələ təxminən sentyabrın 16-17-də baş verə bilər. Onun fikrincə, həmin bölgəni oktyabrın axırlarında da təhlükə gözləyir.
Yaponiya Meteorologiya İdarəsinin seysmoloq ekspertləri də bu fikirdədirlər ki, yaxın gələcəkdə Tokioda Rixter cədvəli ilə təxminən 8 bal gücündə yeraltı təkan hökmən baş verəcəkdir. Bu zaman azı 8 min insanın tələf olacağı bildirilir. 1923-cü ildə Tokio zonasında baş vermiş təxminən həmin gücdə zəlzələ 120 min insanın həyatına son qoymuşdur. Onlar, əsasən, yanğınların qurbanı olmuşdular.