CƏMİYYƏT


“TOM” layihəsinin növbəti mərhələsi olan “Pre-TOM” tədbiri keçirilib

Bakı, 16 aprel, AZƏRTAC

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi, gündəlik problemlərin texnoloji həlli yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla birləşdirən qlobal icma hərəkatı - “TOM” (Tikkun Olam Makers) layihəsinin növbəti mərhələsi - “Pre-TOM” tədbiri təşkil edilib. Bu barədə AZƏRTAC-a İsrail səfirliyindən məlumat verilib.

Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemlərinin həlli üçün ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirmək olub. Tədbirdə 50-dən çox mühəndis, dizayner və istehsalçı iştirak edib.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov çıxış edərək layihənin cəmiyyət üçün əhəmiyyətindən danışıb və onun mühüm mərhələsinin başlandığını bildirib.

İsrailin Azərbaycan Respublikasındakı missiya rəhbərinin müavini Avital Rozenberq layihəyə maraq göstərən hər kəsə təşəkkürünü bildirərək komandalara uğurlar arzulayıb.

Sonra iştirakçılar komandalara bölünərək, 5 “TOM” tapşırığı (“çağırışı”) üzərində birlikdə çalışmağa başlayıblar. “SCHWATECH” MMC, “Sumaks” və SOCAR AQŞ əməkdaşları aparılan müzakirələrdə iştirak edib, texniki məqamlarla bağlı komandalarla öz fikirlərini bölüşüblər.

Komandalar təxminən 1 ay ərzində seçdikləri tapşırıqlar üzərində işləyərək ehtiyac sahiblərinə gündəlik həyatda kömək edəcək həll yollarını tapmalıdırlar. Bu müddət ərzində komandalara “SCHWATECH” MMC tərəfindən mentorluq dəstəyi göstəriləcək, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi komandalara ideyalarını həyata keçirməkdə dəstək olacaqlar. Komandalar tərəfindən hazırlanan yekun məhsullar “TOM” tədbirində təqdim ediləcək və bütün ideyalar ictimaiyyətə açıq olacaq.

Layihə “Azercell Telekom” MMC, İsrail səfirliyi və PAŞA Bankın baş sponsorluğu ilə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.